HƏMAS-a və Tehrana təsir göstərmək üçün ABŞ müttəfiqlərindən istifadə edir

HƏMAS-a və Tehrana təsir göstərmək üçün ABŞ müttəfiqlərindən istifadə edir
  12 Oktyabr 2023    Oxunub:987
HƏMAS-ın İsrailə qarşı misli görünməmiş hücumlarından sonra Vaşinqton öz tərəfdaşlarını Fələstin islamçı qruplaşması və onun himayədarı olan İran üzərində təsirlərindən istifadə etməyə təşviq edir.
adı açıqlanmayan Amerika rəsmisi AFP-yə müsahibəsinə istinadən xəbər verir ki, həmçinin İsrailin Çindəki səfiri Pekindən HƏMAS-ı cilovlamaq üçün Tehranla yaxın münasibətlərindən istifadə etməyi xahiş edib.

ABŞ rəsmisinin dediyinə görə, Vaşinqtonun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə İran prezidenti arasında İsrail-HƏMAS müharibəsi ilə bağlı telefon danışıqlarından heç bir narahatlığı yoxdur.

“Açığını deyim ki, biz bütün tərəfdaşlarımızdan - HƏMAS, Hizbullah və ya İranla - üçündən hər hansı biri ilə əlaqəsi olan tərəfdaşlarımızdan istəyirik ki, onlar Həmas-ı hücumları dayandırmağa, girovları azad etməyə və Hizbullah və İranı bu münaqişəyə qarışdırmamağa razı salsınlar”, - məlumatda deyilir.

Rəisinin siyasi müavini Məhəmməd Cəmşidi də sosial şəbəkədə bu telefon danışığında “Fələstin və müharibə cinayətlərinin dayandırılmasının zəruriliyi ilə bağlı mühüm müzakirələr" aparıldığını yazıb.

İrana təsir üçün İsrailin Çinə ümidləri

İsrailin Çindəki səfiri İrit Ben Abba cümə axşamı “Bloomberg”-ə müsahibəsində hazırkı münaqişədə rolu olan İrana Çinin təsir edəcəyini ümidini gizlətməyib.

- Biz həqiqətən ümid edirik ki, Çin Yaxın Şərqdəki yaxın tərəfdaşları, xüsusilə də İranla dialoqda daha çox iştirak edə bilər. Baş verənlərdə mütləq İranın rolu var”, -


Çinin Xarici İşlər nazirliyi HƏMAS-ın hücumunda mülki vətəndaşların itkisinə görə “təəssüfləndiyini” açıqlasa da, HƏMAS-ı tənqid etməyən Pekin, sadəcə, Çinin münaqişədə iştirak edən “hər iki tərəfin dostu” olduğunu bildirib.
AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti