Erməni fermerdən avtomat, tüfəng və patronlar tapılıb

Erməni fermerdən avtomat, tüfəng və patronlar tapılıb
  12 Oktyabr 2023    Oxunub:1023
Ermənistanda kəndlidən avtomat götürülüb. AzVision.az xəbər verir ki, bu barədə Qafan polisi məlumat yayıb.
Qeyd edilir ki, Qafan polisi Dzork kəndində 47 yaşlı kişinin fermasında avtomatla yanaşı ov tüfəngi və patronlar da tapılıb.

"Həmin şəxs 1 ədəd AKM avtomatı, 1 ədəd İJ-16 markalı ov tüfəngi, 24 ədəd 7,62 mm kalibrli patron, boş daraq polisə təhvil verib. O, qeyd olunan silah və sursatın ölmüş atasına məxsus olduğunu bildirib", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti