"ABŞ İsraili tək qoymayacaq" - Blinken

 "ABŞ İsraili tək qoymayacaq" -  Blinken
  12 Oktyabr 2023    Oxunub:928
"Amerika hökməti həmişə İsraili dəstəkləyəcək və qoruyacaq".
AzVision.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşün yekunlarına dair mətbuat konfransında deyib.

"Siz özünüzü müdafiə edəcək qədər güclü ola bilərsiniz, amma nə qədər ki, Amerika var, tək olmayacaqsınız”.

O qeyd edib ki, Birləşmiş Ştatlar ölkədə fövqəladə hökumətin yaradılmasını dəstəkləyir və bu, “İsrail cəmiyyətinin birliyini və qətiyyətini” nümayiş etdirir.

Blinken vurğulayıb ki, ABŞ Fələstin-İsrail münaqişəsinin yayılmaması üçün Yaxın Şərqdə diplomatik iş aparır. Bundan əlavə, Vaşinqton HƏMAS-ın saxladığı girovların azad edilməsi ilə bağlı İsraillə əlaqə saxlayır.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti