Ermənistanda Rusiya vətəndaşlarının çalışdığı narkolaboratoriya aşkarlanıb

   Ermənistanda Rusiya vətəndaşlarının çalışdığı  narkolaboratoriya aşkarlanıb
  12 Oktyabr 2023    Oxunub:1007
Ermənistanın hüquq-mühafizə orqanları Kotayk vilayətində gizli fəaliyət göstərən narkotik laboratoriyası aşkar ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Ermənistanda narkotika biznesi: Yüksək vəzifəlilər həbs ediləcək
İstintaq məlumatlarına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrup aşkarlanıb. 5 nəfərlik qrupun 3-ü Ermənistan, 2-si Rusiya Federasiyası vətəndaşıdır. Onlar saxlanılıblar.

Bir sıra ünvanlarda aparılan axtarışlar zamanı müxtəlif növ narkotik və kimyəvi maddələr, o cümlədən 30 kisə çətənə aşkar edilib.

Məhkəmə-kimya və məhkəmə-botanika ekspertizaları təyin edilib.
İstintaq orqanları qanunsuz dəstənin fəaliyyətində iştirak edən şəxslərin kimlərlə əlaqə saxlamasını müəyyənləşdirir. Həmçinin narkotik vasitələrin mənşəyi də müəyyənləşdirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Narkotik  





Xəbər lenti