BMT ekspertləri Nərgiz Məhəmmədinin dərhal azad olunmasını tələb ediblər

 BMT ekspertləri Nərgiz Məhəmmədinin dərhal azad olunmasını tələb ediblər
  12 Oktyabr 2023    Oxunub:1079
BMT ekspertləri Nobel Sülh mükafatına layiq görülən və İranda həbsdə olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin dərhal azadlığa buraxılmasına çağırıblar.
AzVision.az xəbər ki, BMT-nin Özbaşına Həbslər üzrə İşçi qrupunun bununla bağlı yaydığı bəyanatda Nobel Sülh mükafatının yeni laureatının fiziki vəziyyətinin onun azadlığa buraxılması zərurətini aktuallaşdırdığı vurğulanır.

“Biz narahatıq ki, İran rəsmiləri həbsdə olan xanım Məhəmmədinin fiziki vəziyyətinin pisləşməsinə baxmayaraq, tibbi ekspertlərin məsləhətinə və beynəlxalq insan hüquqları qanunlarından irəli gələn öhdəliklərinə zidd olaraq, onu hələ də məhbəsdə saxlayırlar. Xanım Məhəmmədinin həbsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın pozulmasıdır. İran hökuməti Məhəmmədini dərhal azadlığa buraxmal və onun ehtiyac duyduğu tibbi xidmətlər almasını təmin etməlidir”, - bəyanatda deyilir.

Bəyanatda hakimiyyəti tərəfindən Nərgiz Məhəmmədinin həbsi özbaşınalıq kimi qiymətləndirilir və onun dərhal azad edilməsi, habelə təzminat alması tələb olunur.
AzVision.az


Teqlər: İran   Məhəmmədi  





Xəbər lenti