Müdafiə Qüvvələri: İsrail cənub sərhədlərinə nəzarəti tam bərpa edib

      Müdafiə Qüvvələri:    İsrail cənub sərhədlərinə nəzarəti tam bərpa edib
  12 Oktyabr 2023    Oxunub:951
İsrail cənub sərhədlərinə nəzarəti tam bərpa edib.
AzVision.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü xarici media üçün təşkil olunan onlayn brifinqində deyib.


"Biz cənub sərhədlərimizi tam nəzarətə almışıq. Biz müharibədəyik, hərbi əməliyyatlar başlayandan bəri İsrail daxilində 1000-ə qədər HAMAS terrorçusu zərəsizləşdirilib, məhv edilib. Sərhədlər xaricində Qəzzada yüzlərlə terrorçu məhv edilib. Qəzza zolağından İsrailə 5500-dən çox raket atılıb", - deyə Müdafiə Qüvvələrinin sözçüsü bildirib.

İsrail rəsmisi deyib ki, ölkənin şimal sərhədində də vəziyyət həssasdır, bu istiqamətdən də İsrail sərhədlərini keçmək cəhdləri qeydə alınıb. "Biz həmin ərazilərdə hərbi varlığımızı daha da gücləndirmişik".

Onun sözlərinə görə, Qəzza zolağında 3600-qədər hədəf vurulub.

"Biz HAMAS-ın təmsilçilərini məhv etmək üçün kəşfiyyatdan da istifadə edirik. HAMAS mülki sakinlərin arxasında gizlənir, yaşayış binalarından öz məqsədləri üçün istifadə edir. HAMAS qatil, terrorçu qrupdur. Biz onlara qarşı bu mübarizəmizdə dünyanın bütün nöqtələrindən dəstək alırıq. Biz İsrailin təhlükəsizliyini qaytarmaq üçün mübarizəmizə davam edəcəyik. Biz HAMAS-ı məğlub edəcəyik".

AzVision.az



Teqlər:





Xəbər lenti