Almaniya xarici işlər naziri İsrailə səfər edəcək

   Almaniya xarici işlər naziri İsrailə səfər edəcək
  12 Oktyabr 2023    Oxunub:1051
Bir sıra ölklərin xarici işlər nazirləri həmrəylik nümayiş etdirmək üçün İsrailə səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə İsrail XİN-in sözçüsü xarici media üşün təşkil olunan onlayn konfransında deyib.


O bildirib ki, oktyabrın 13-də Almaniya xarici işlər naziri Annalena Berbok İsrailə səfər edəcək.

Nazirlik rəsmisi əlavə edib ki, Kanda xarici işlər naziri və Avropa İttifaqından da İsrailə yüksək səviyyəli səfərlər gözlənilir.

Xatırladaq ki, bu günlərdə Çexiyanın XİN rəhbəri və ABŞ dövlət katibi həmrəylik nümayiş etdirmək üçün İsrailə səfər edib.

AzVision.az



Teqlər:





Xəbər lenti