Hakan Fidan sabah Misirə səfər edəcək

Hakan Fidan sabah Misirə səfər edəcək
  12 Oktyabr 2023    Oxunub:1178
Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Misirə rəsmi səfər edəcək.
AzVision.az -ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, səfər Misirin xarici işlər naziri Sameh Şukrinin dəvəti ilə baş tutacaq.

Oktyabrın 14-dək davam edəcək səfər çərçivəsində Türkiyə və Misir arasında ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirəsi, eləcə də cari regional hadisələr və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

AzVision.az



Teqlər:





Xəbər lenti