Ermənistanda COVID-19-a yoluxma halları artır, yeni növ ştam aşkarlanıb

Ermənistanda COVID-19-a yoluxma halları artır,  yeni növ ştam aşkarlanıb
  13 Oktyabr 2023    Oxunub:1008
Ermənistanda kəskin respirator virus infeksiyaları (ORVI) və COVID-19-a yoluxma hallarında artım qeydə alınıb. Ölkədə qrip virusunun törədiciləri hələ ki, aşkar edilməyib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat verib.
"Xüsusən, rinovirus, respirator sinsitial virus və koronavirus infeksiyasının (SARS-COV-2) patogenləri müəyyən edilib. COVID patogenləri üstünlük təşkil edir", - Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilir ki, Ermənistanda ilk dəfə olaraq koronavirusun subvariantı olan SARS-CoV-2 – EG.5 (Eris) aşkar edilib.

Yeni növün simptomları öskürək, ardıcıl asqırma, baş ağrısı, qızdırmadan ibarətdir. Ölkədə XBB.1.5 (Kraken), Xbb.2.3 (Acrux) ştammları da qeydə alınır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti