İsrail bu gecə Qəzzada 750 hərbi obyekti vurub - VİDEO

İsrail bu gecə Qəzzada 750 hərbi obyekti vurub    - VİDEO
  13 Oktyabr 2023    Oxunub:1002
İsrail ordusu yeraltı tunellər, hərbi komplekslər və postlar, həmçinin HƏMAS-ın yüksək rütbəli məmurlarının iqamətgahları da daxil olmaqla bir neçə obyektə hücum edib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Qeyd edilir ki, ordu gecə ərzində Qəzza zolağında 750 hərbi obyekti vurub.

Xatırladaq ki, İsrail oktyabrın 7-si səhər saatlarında Qəzza zolağından görünməmiş raket hücumuna məruz qaldı. Bundan sonra HƏMAS döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olaraq xeyi sayda hərbçi və dinc sakini öldürdü. Rəsmi Təl-Əviv artıq bir neçə gündür ki, cavab tədbirləri görür.


Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   HƏMAS  





Xəbər lenti