Bu gün İranda Fələstin xalqına dəstək aksiyası keçiriləcək

Bu gün İranda Fələstin xalqına dəstək aksiyası keçiriləcək
  13 Oktyabr 2023    Oxunub:1069
İran İslami Təbliğat koordinasiya şurası ölkənin hər yerindən insanları Fələstin xalqına dəstək məqsədilə cümə günü keçiriləcək milli aksiyaya qatılmağa çağırıb.
AzVision.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, İranın İslami Təbliğat koordinasiya şurası yaydığı bəyanatında bütün ölkə əhalisini Fələstin xalqına dəstək və sionist rejimin cinayətlərini pisləmək məqsədilə cümə günü keçiriləcək yürüşdə iştiraka dəvət edib.

Aksiyada Tehranda cümə günü saat 10:30-dan etibarən Firdovsi meydanı və Tövhid yol ayrıcından Tehran universitetinə doğru dini-siyasi namaz qılınacaq.

“Uşaqları qətlə yetirən sionist rejimin cinayətlərini pisləmək və fələstinli döyüşçülərin qələbəsinə şükür etmək üçün cümə günü ölkənin hər yerində mərasim keçiriləcək”, - bəyanatda deyilir.
AzVision.az


Teqlər: İran   Fələsin  





Xəbər lenti