Knaysl: "Yaxın Şərqdəki böhran Ukraynadakından daha qlobaldır"

   Knaysl:    "Yaxın Şərqdəki böhran Ukraynadakından daha qlobaldır"
  13 Oktyabr 2023    Oxunub:895
Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Fələstin-İsrail münaqişəsinin təhlükəli həddə çatmasını şərh edərkən diqqət çəkən fikirlər səsləndirib.
O, Rusiya mediasına verdiyi açıqlamada deyib ki, Yaxın Şərqdəki böhran Ukraynadakı müharibədən daha çox qlobaldır.

"Bu, Ukraynanın problemindən daha qlobal məsələdir. İndi biz medianın diqqətinin bu problemə necə yönəldiyini görürük... O bölgədə nəsə baş verəndə insanlar hər yerdə - İndoneziyadan Burkina Fasoya qədər küçələrə axışır", - Knaysl deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti