AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josef Borrel Çinin “South China Morning Post” qəzetinə açıqlamasında deyib.
Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, Tayvanla bağlı məsələlərdə həm bu ada, həm də Pekin tərəfindən hədə-qorxu, məcburiyyət və təxribatlara yer verilməməli və gücdən istifadə edilməməlidir.
Bununla belə, o qeyd edib ki, Avropa İttifaqı Tayvanla müstəqilliyin heç bir siyasi tanınmasını nəzərdə tutmayan ikitərəfli əlaqələrin tərəfdarıdır və tərəfləri gərginliyi diplomatiya yolu ilə həll etməyə çağırır.
Tural Tağıyev
AzVision.az