Bayden Ukraynada korrupsiyanın miqyasını gizlətməkdə günahlandırılır

Bayden Ukraynada korrupsiyanın miqyasını gizlətməkdə günahlandırılır
  13 Oktyabr 2023    Oxunub:1087
ABŞ prezidenti Co Bayden Ukraynada korrupsiyanın miqyası barədə məlumata malikdir, lakin indiyədək bunu açıqlamayıb.
AzVision.az xəbər verir ki, Kentukki ştatından olan respublikaçı senator Rend Pol “Fox News” kanalına müsahibəsində belə iddia ilə çıxış edib.

“Biz bilirik ki, Bayden administrasiyasında oradakı mənimsəmələr və korrupsiya barədə məxfi məruzə var, lakin indiyədək hələ heç bir açıqlama baş verməyib. Ukrayna tarixən ən çox korrupsiyaya uğramış ölkələr siyahısında qərarlaşıb. Ukraynaya ayrılan maliyyəd dəstəyinin xərclənməsinə nəzarət üçün xüsusi müfəttişliyin yaradılması zəruridir”, - sentaor deyib.

Rend Pol buna nümunə kimi belə bir müfəttişliyin Əfqanıstana ayırılan maliyyə dəstəyindən 10 milyardlarla dolların əssasız şəkildə mənimsənildiyini üzə çıxardığını misal çəkib.

Qeyd edək ki, ABŞ-nin Müdafiə nazirliyi ilə Ukraynaın Mlli antikorrupsiya bürosu arasında bağlanan Memornaduma əsasən, Ukraynaya silah rıdarükü zamanı Vaşinqtonla Kiyevin birgə mübarizə aparması məramı barədə sentyabrın 27-də xəbər açıqlandı.

Amma oktyabrın 2-də Nyu-Yorkda fəaliyyət göstərən London siyasi tədqiqatlar mərkəzinin baş elmi işçisi Aleksandr Markovski “American Thinker” nəşrində dərc etdiyi məqalədə Ukrayna prezidenti Volodomir Zelenskini Ukraynadakı müharibə hesabına varlanmaqda suçlandırıb.

Elə həmin gün də, ABŞ-nin məşhur “Politico” nəşri Ukraynadakı korrupsiyaya görə, Qərbin bu ölkəyə dəstəyinin dayandırıla biləcəyini ehtimal edib. Dərc olunan yazıda ortaya ABŞ-nin dollarları qoyulduğuna görə, korrupsiya ilə mübarizə məsələsində Vaşinqtonun Ukraynaya təzyiq etmək istədiyi bildirilir.

Okeanın o tayından səsləndirilən mesajlar fonunda oktyabrın 5-də Ukraynanın baş naziri Densi Şmıqal korrupsiya ilə mübarizənin 2027-ci ilə qədər ölkədəki vahid islahatlar planının əsas istiqamətlərindən biri olacağını bildirib.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Bayden   senator  





Xəbər lenti