Sverdlovsk vilayətinin ombudsmanı Tatyana Merzlyakovanın sözlərinə görə, həmin şəxsi on il həbs cəzası gözləyirmiş. Ombudsman qeyd edib ki, Ukrayna müharibəsinin iştirakçısı olan qırğız onun deportasiyası haqqında qərar qüvvəyə minən zaman müvəqqəti saxlama təcridxanasında olub.
Rusiya qadın məhbusları müharibəyə cəlb etməyə başlayıb |
Merzlyakovanın sözlərinə görə, Rusiya pasportu alan həmin şəxs hazırda xəstəxanada müalicə alır. O, sağalandan sonra yenidən xüsusi əməliyyat zonasına gedəcək.
O xatırladıb ki, Qırğızıstanda muzdlu döyüşçü kimi fəaliyyət göstərməyi qadağan edən qanun var. Hüquq norması artıq qüvvədədir və ona görə də artıq Qırğızıstanda Ukraynada hərbi əməliyyatlarda iştirak etmiş məhkumlar var. Onlar öz vətənlərində 10 il həbs cəzası alıblar.
Tural Tağıyev
AzVision.az