“Washington Post”: Amerika 6 milyard dolları buraxmamaq üçün Qətərlə anlaşma əldə edib
Məmur, həmçinin İranın 6 milyard dollarının “tezliklə heç yerə getməyəcəyini” bildirib.
“Amerika və Qətər rəsmiləri humanitar malların alınması üçün İranın Cənubi Koreyadan Dohaya köçürülən altı milyard dollar vəsaitə çıxışının qarşısını almağa razılaşıblar. Cənab Adeyemo Amerika qanunvericilərinə bu məbləğlərin “tezliklə” İrana çatmayacağına söz verib”, - qəzetin yaydığı məlumatda deyilir.
ABŞ və Qətər hökumətinin rəsmiləri hələlik bu xəbərə reaksiya verməsələr də, İranın Ali Milli Təhlükəsizlik şurasına yaxın “Noor News” nəşri onun dərcindən bir neçə dəqiqə sonra əvvəlki razılaşmaların təftiş olunmadığını yazıb.
- Vaşinqton Postun iddiasının əksinə olaraq, İranın Qətərdəki valyuta qaynaqları tamamilə mövcuddur. Qətər banklarında İranın öz valyuta resurslarına çıxışı məsələsində heç bir dəyişiklik olmayıb və bağlanan razılaşma qüvvədə qalır”, - məlumatda bildirilir.
AzVision.az