Luvr muzeyi fəaliyyətini dayandırıb

   Luvr muzeyi fəaliyyətini dayandırıb
  13 Oktyabr 2023    Oxunub:1477
Parisdəki Luvr muzeyi bəzi işçilərin ümummilli tətildə iştirakı səbəbindən fəaliyyətini dayandırıb.
Bu barədə muzeyin yaydığı məlumatda deyilir. “Təəssüf ki, Luvr Muzeyi muzeyin bəzi əməkdaşlarının tətilə qoşulması səbəbindən bu gün ziyarətçilərin üzünə açıla bilməyəcək”, - məlumatda vurğulanıb.

Luvr Fransa paytaxtının ən böyük və ən məşhur muzeyidir. 2022-ci ildə onu 7,8 milyon insan ziyarət edib, onların əksəriyyəti xarici turistlər (Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və ABŞ-dan) olub.

Fransada həmkarlar ittifaqları əmək haqlarının, pensiyaların artırılması, qadın və kişilərin bərabər əmək hüquqlarının təmin edilməsi şüarları altında genişmiqyaslı tətilə başlayıblar. Bütün ölkə üzrə 125 mindən 150 minədək insanın iştirak edə biləcəyi 200-ə yaxın nümayişin keçiriləcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti