Məhsa Əmini Aİ-nin İnsan Haqları mükafatının üç finalçısından biri olub

   Məhsa Əmini Aİ-nin İnsan Haqları mükafatının üç finalçısından biri olub
  13 Oktyabr 2023    Oxunub:1167
Məhsa Əmini və “Qadın, Həyat, Azadlıq” hərəkatı hər il Avropa İttifaqının tiranlıqla mübarizədə və ifadə azadlığı müdafiəsində müstəsna xidmətləri olan şəxslərə və ya qruplara verdiyi Saxarov İnsan Hüquqları mükafatını almaq üçün üç finalçı arasındadır.
AzVision.az xəbər verir ki, Avropa parlamentinin Xarici Siyasət komitəsinin sədri Devid MakAllister belə məlumta yayıb.

“Məhsa və “Qadın, Həyat, Azadlıq” hərəkatının Saxarov mükafatına üç əsas namizəddən biri kimi seçilməsi onların qadın hüquqları uğrunda cəsarətli mübarizəsinin etirafıdır”, - MakAllister deyib.

Saxarov mükafatına digər namizədlər Vilma Nunez Scorsia və katolik yepiskopu Rolando Alvares, Nikaraquada insan haqlarını müdafiə edən iki görkəmli xadim və Avropa parlamentinin “təhlükəsiz, pulsuz və qanuni abort uğrunda mübarizənin liderləri” adlandırdığı Polşa, El-Salvador və ABŞ-dan olan 3 qadındır.

Sovet dövrünün dissidenti Andrey Saxarovun şərəfinə adlandırılan Aİ-nin İnsan Haqları mükafatı 1988-ci ildə təsis edilib.

Bundan əvvəl iranlı kinoşünas Cəfər Pənahi və müstəqil hüquqşünas Nəsrin Sotudə 20120-ci ildə birlikdə bu mükafata layiq görülüblər.
AzVision.az


Teqlər: Məhsa   mükafat  





Xəbər lenti