Amerika İran istehsalı dronların qalıqlarını nümayiş etdirib

   Amerika İran istehsalı dronların qalıqlarını nümayiş etdirib
  13 Oktyabr 2023    Oxunub:1054
ABŞ-nin hərbi rəsmiləri Ukraynaya qarşı istifadə olunan İran PUA-ların qalıqlarını BMT-yə üzv ölkələrin nümayəndələrinə nümayiş etdiriblər.
AzVision.az xəbər verir ki, Pentaqon Ukrayna ərazisində tapılan bu parçaların İranla Rusiya arasında münasibətlərin artdığını göstərdiyini bildirib.

ABŞ-nin BMT-dəki səfirinin hesabatına görə, nümayiş tədbirində qırxdan çox ölkənin nümayəndəsi iştirak edib.

ABŞ-nin Müdafiə Kəşfiyyat idarəsinin rəsmiləri bu görüşdə təkrar emal olunmuş hissələrin Ukraynadan alınan İranın istehsal etdiyi “Şahid 101, 131 və 136” PUA-larına aid olduğunu açıqlayıb.

“İran yalan danışır. Və bu hərəkətimizlə biz Rusiya qüvvələrini Ukrayna ərazisindən geri çəkmək istəyirik”, - qurumun analitiklərindən biri bu parçaların nümayişi zamanı jurnalistlərə deyib.

Adını açıqlamaq istəməyən analitik hər iki PUA-nın dizaynı və komponentlərinin identikliyinə diqqət çəkərək, bunun hər ikisinin İran istehsalı olduğuna eyham vurub. Ekspert, həmçinin İran-Rusiya münasibətlərini “dərin narahatlıq doğuran” reallıq adlandırıb.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti