Moskva Bakı və İrəvan arasında danışıqlar təşkil etməyə hazırdır
“Gündəlikdə uzun müddətdir davam edən bu münaqişəyə nəhayət son qoymaq üçün sülh sazişinin hazırlanması məsələsi qalır. Və Rusiya bu prosesə hər cür kömək göstərməyə hazırdır. O cümlədən, mən Moskvada lazım gələrsə, istənilən formatda danışıqları təşkil etməyə hazıram.
Və təbii ki, biz bu danışıqların iki ölkə liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik. Yenə deyirəm, seçim həmişə bu ölkələrin ixtiyarındadır. Biz bu iş üçün şərait yaratmağa hazırıq”, - deyə o qeyd edib.
AzVision.az
Teqlər: