Prokurorluq mina partlayışı ilə bağlı araşdırma aparır

 Prokurorluq mina partlayışı ilə bağlı araşdırma aparır
  13 Oktyabr 2023    Oxunub:1170
Azad edilmiş ərazidə 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır.
AzVision.az xəbər verir ki, bu barədə Xocavənd Rayon Prokurorluğu məlumat yayıb. Belə ki, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş ərazidə 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti