İranın dövlət borcu üç illik büdcənin ekvivalentinə çatacaq

İranın dövlət borcu üç illik büdcənin ekvivalentinə çatacaq
  13 Oktyabr 2023    Oxunub:1097
İran hökumətinin cari borcu ölkənin ümumi büdcəsinin üç illik həcminə bərabər olacaq.
AzVision.az Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiyanın iqtisadi vəziyyəti ilə bağlı dərc etdiyi son rüblük hesabatına istinadən xəbər verir ki, İbrahim Rəisi hökumətinin borcunun bu il ölkənin ümumi daxili məhsulunun (ÜDM) 30,6%-i ekvivalentinə çatacağını proqnozlaşdırılır.

Qurumun qiymətləndirməsinə əsasən, cari ildə İranın ÜDM-i 366 milyard 400 milyon dollar civarında olacaq. Beləliklə, hökumətin borcu 112 milyard dollardan çoxdur ki, bu da hökumətin ümumi büdcəsinin üç illik həcminə bərabərdir.

Proqnozlara görə, gələn il İbrahim Rəisi hökumətinin borcu yenidən altı milyard dollar artacaq.
AzVision.az


Teqlər: İran   borc  





Xəbər lenti