Nilufər Bəyaniyə İtaliyada Çiri şəhərinin fəxri vətəndaşlığı verilib
“Əziz bacım, bu axşam sizin səyləriniz və İranın ətraf mühiti ilə bağlı narahatlığınız barədə danışdıq. Ekoloji böhran və İran tərəfindən təbii sərvətlərin hərbiləşdirilmiş şəkildə idarə edilməsi siyasətin kölgəsində itirilib. Bu şəhər əvvəllər də “Qadın, Həyat, Azadlıq” inqilabında həlak olmuş qadınların 10-u üçün şəhərin baş meydanında 10 ağac yerləşdirmişdi”, - Bəhrami yazıb.
Nilufər Bəyani 2017-ci ilin qışında Parsian Vəhşi Təbiət İnstitutunun əməkdaşları ilə birlikdə həbs edilib. Həmin şəxslər arasında olan Kanada vətəndaşlığına da malik Kavus Seyidemami həbsdən bir neçə gün sonra Evin həbsxanasında şübhəli şəkildə ölüb. Həbs olunanlara qarşı “casusluq” və “düşmən ölkələrlə əməkdaşlıq” ittihamları irəli sürülüb.
Nilufər Bəyani bundan əvvəl İranın müxtəlif orqanlarına göndərdiyi bir neçə məktubda SEPAH kəşfiyyatçılarının əli ilə dindirildiyi, ən azı “1200 saat” ərzində “ən ağır psixi-emosional və fiziki işgəncələrə, habelə cinsi təhdidlərə” məruz qalması barədə məlumat verib.
AzVision.az