İran xüsusi iqtisadi zonada nəhəng neft-kimya kompleksi tikir

İran xüsusi iqtisadi zonada    nəhəng neft-kimya kompleksi tikir
  13 Oktyabr 2023    Oxunub:1059
İran ölkənin cənubundakı Fars əyalətindəki "Lamerd" xüsusi iqtisadi zonasında ikinci neft-kimya kompleksinin tikintisinə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Təməlqoyma mərasimində prezidentin başçılıq etdiyi İran hökumətinin nümayəndə heyəti iştirak edib.

Agentliyin məlumatına görə, layihə 277 milyon avro dəyərindədir. Neft-kimya kompleksinin sahəsi 100 min kvadratmetrdən çox olacaq. Tikinti 3-4 il davam edəcək. Obyekt istifadəyə verildikdən sonra 350 nəfər birbaşa, 2,5 min nəfər isə dolayı yolla işlə təmin olunacaq.

Kompleksdə sənaye və kənd təsərrüfatının ehtiyacları üçün ildə 46 min ton üç növ metilamin - metilmetakrilat, dimetilamin və trimetilamin istehsal olunacaq. Həmçinin 42 min ton dimetilformamid və digər məhsullar istehsal ediləcəyi gözlənilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti