İranlı din alimi hökumətə etiraz olaraq hicabını çıxardı
Vəsməqi hicabsız şəkildə kamera qarşısına keçib və repressiv hökumətin hicab bəhanəsilə ilə qadınlara qarşı hər hansı təzyiqin İslam dininə zidd olduğunu vurğulayıb.
“Biz sakit oturub hər gün bir Armita, Məhsa və ya başqa bir övladımızın baş örtüyü olmadığı üçün qurbana çevrilməsinə şahid ola bilmərik”, - alim etirazını bildirib.
AzVision.az