İranda həkim Yaser Rəhmani Rad zaminə çıxıb
130-dan çox həkim, hüquqşünas, və fəal İrana qarşı inqilabi qiyamın qurbanlarını, yaralıları müalicə edən bu həkimin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələbini irəli sürüblər.
Bundan əvvəl İrandakı hüquq müdafiəçiləri qrupunun orqanı olan “Hrana” xəbər agentliyi Rəhmani Radın 19 günlük təkadamlıq kamerada qaldıqdan sonra oktyabrın 10-da axşam saatlarında ümumi həbsxanaya köçürüldüyünü bildirmişdi.
Agentliyin məlumatına görə, onun müvəqqəti azadlığa buraxılması barədə qərar Luristan əyalətinin Apellyasiya məhkəməsinin 8-ci şöbəsi tərəfindən Mehr ayının 10-da verilib və Rumşekan ümumi məhkəməsinin 1-ci şöbəsinə göndərilib. Lakin müvafiq məsul şəxslər onu müvəqqəti azadlığa buraxmaqdan imtina ediblər.
Onun həbsindən üç həftə sonra iranlı fəalların birgə məktubunda Sərhədsiz Həkimlər, Qırmızı Xaç kimi beynəlxalq təşkilat və qurumlardan, BMT-nin məsul qurumlarından və demokratik ölkələrin bütün tibb təşkilatlarından bu hadisəyə susmamalarını tələb olunub.
Almaniya parlamentinin üzvü və Yaser Rəhmani Radın siyasi sponsoru Fadim Tonger bu məktubu imzalayanlardan biridir.
AzVision.az