CIA İranda 1953-cü il çevrilişində iştirakını rəsmən etiraf edib

CIA İranda 1953-cü il çevrilişində iştirakını rəsmən etiraf edib
  13 Oktyabr 2023    Oxunub:1098
ABŞ-nin Mərkəzi Kəşfiyyat idarəsi (CIA) İranda 1953-cü il çevrilişinə verdiyi dəstəyin “qeyri-demokratik” olduğunu rəsmən açıqlayıb. Bu çevriliş o vaxtkı baş nazir Məhəmməd Müsəddiqin vəzifədən uzaqlaşdırılmasına və Məhəmməd Rza Şah Pəhləvinin hakimiyyətinin möhkəmlənməsi ilə nəticələnib.
AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, MKİ-nin bu yaxınlarda dərc etdiyi podkastda bu qurumun hazırkı iki rəsmisi təşkilatın 1953-cü il çevrilişində iştirakının demokratiyanın möhkəmlənməsinə xidmət göstərmədiyini etiraf edib.

Marqlıdır ki, bununla MKİ ilk dəfə “19 avqust çevrilişi”ndə əli olduğunu təsdiqləyib.

Qurumun sözçüsü və bu podkastin aparıcısı Valter Trusin bildirib ki, bir çox tarixçilər MKİ-nin gizli fəaliyyətinin böyük hissəsinin həqiqətən də demokratik hökumətlərin gücünü artırmaq məqsədi daşıdığına inanırlar. Lakin o, İrandakı çevrilişin bu qaydadan istisna olduğunu söyləyib.
AzVision.az


Teqlər: İran   MKİ  





Xəbər lenti