HƏMAS-ın İsrailə hücumu nəticəsində 12 Ukrayna vətəndaşı ölüb

   HƏMAS-ın İsrailə hücumu nəticəsində 12 Ukrayna vətəndaşı ölüb
  13 Oktyabr 2023    Oxunub:1108
HƏMAS-ın İsrailə hücumu nəticəsində 12 Ukrayna vətəndaşı ölüb, 8-i itkin düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko İsraildə 7 ukraynalının öldüyünü, 9 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını açıqlayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti