HƏMAS Təl-Əvivi atəşə tutdu: Almaniyalı nazir sığınacaqda gizləndi

   HƏMAS Təl-Əvivi atəşə tutdu:    Almaniyalı nazir sığınacaqda gizləndi
  13 Oktyabr 2023    Oxunub:1069
İsraillə həmrəylik nümayiş etdirmək üçün ölkədə səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbok HƏMAS-ın Təl-Əvivə raket hücumları səbəbindən sığınacaqda gizlənmək məcburiyyətində qalıb.
Məlumata görə, HƏMAS yenidən Təl-Əvivi atəşə tutub. “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi işə düşüb. Hazırda həmrəylik göstəricisi olaraq İsraildə səfərdə olan Almaniya XİN başçısı və onun nümayəndə heyəti sığınacağa getməli olub.

Radikal HƏMAS hərəkatının “İzz əd-Din əl-Kassam briqadaları” hərbi qanadı Təl-Əvivə raket hücumu təşkil etdiyini bəyan edib.

Qruplaşma bu barədə öz “Telegram” kanalında paylaşım edib. “Əl-Kassam briqadaları” cavab atəşi olaraq Təl-Əvivə raket zərbələri endirib”, - deyə bəyanatda bildirilib.


AzVision.az


Teqlər:





Xəbər lenti