ABŞ İsrailə yenidən hərbi yardım göndərdi

ABŞ İsrailə yenidən hərbi yardım göndərdi
  14 Oktyabr 2023    Oxunub:1050
ABŞ İsrailə yenə hərbi yardım göndərib.
Bu barədə İsrail müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yük təyyarəsi oktyabrın 13-də ölkəyə enəcək.

“ABŞ və İsrail arasında müdafiə sahəsində əməkdaşlıq, o cümlədən Pentaqon, Ağ Ev və Konqresin İsrailə dəstəyi bizim imkanlarımızı artırır, bizə fəaliyyət azadlığı verir. Bu gün biz İsrail Müdafiə Qüvvələri üçün lazım olan silahlarla dolu ikinci təyyarəni qəbul edəcəyik”, - deyə İsrail Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.

Xatırladaq ki, ABŞ silahlarının ilk partiyası oktyabrın 11-də İsrailə təhvil verilib. Müasir döyüş sursatları ilə dolu olan təyyarə Nabatim bazasına eniş edib. İsrail hakimiyyəti amerikalı həmkarlarına göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti