Mövləvi Əbdülhəmid: İsrailin məhv edilməsi mümkün deyil

      Mövləvi Əbdülhəmid:    İsrailin məhv edilməsi mümkün deyil
  14 Oktyabr 2023    Oxunub:1128
İsrailin məhv edilməsi qeyri-mümkündür və bu hərbi münaqişə zamanı insanların “vəhşicəsinə qətlə yetirilməsi” bütün dünyanı şoka salıb.
AzVision.az xəbər verir ki, Zahdidanın imam cüməsi Mövləvi Əbdülhəmid Cümə namazı zamanı insanlıq hissi olan hər kəsin bu “insanların öldürülməsinin ürəkağrıdan səhnələrini” görəndə təsirlənəcəyini söyləyib.

“Burada ədalətli mövqeyə sahib olmaq lazımdır, dünya hökumətləri və xalqları bu münaqişədə sıraya qoşulmaq əvəzinə, mübahisəni həll etməyə çalışmalıdırlar. Əgər bir müsəlman haradasa həddi aşsa və beynəlxalq qanunlara hörmət etməsə və qadınlara hücum edib uşaqları öldürsə, biz bunu kor-koranə dəstəkləməyəcəyik. Fələstinlilərlə israillilər arasında 70 ildən çox davam edən ərazi mübahisələri beynəlxalq səylərə baxmayaraq həll olunmayıb və tərəflər bir-birinin məhvinə çalışırlar. Bu onilliklər ərzində İsrail hökuməti üstünlük əldə edib”, - Mövləvi deyib.

Tanınmış sünni din xadimi dünya dövlətlərinin İsrail və Fələstin arasındakı mübahisədə sıraya düzüldüyünü və zəif ölkələrin Fələstinin tərəfində olduğunu iddia edib. Bu nizamlanmada hər iki tərəfin öz maraqları olduğunu vurğulayaraq, İsrailin məhvinin mümkün olmadığını və müsəlmanların belə bir şey edə bilməyəcəklərini söyləyib.
AzVision.az


Teqlər: Mövləvi   İsrail  





Xəbər lenti