İsraildə münaqişənin genişlənməsi qlobal tənəzzülə səbəb olacaq

   İsraildə münaqişənin genişlənməsi qlobal tənəzzülə səbəb olacaq
  14 Oktyabr 2023    Oxunub:1577
İsraildəki münaqişə coğrafi olaraq genişlənərsə, qlobal iqtisadiyyatda ciddi sarsıntılara səbəb olacaq.
Bu barədə “Bloomberg” yazıb. Məqalədə deyilir: “Yaxın Şərqdəki əvvəlki müharibələr kimi, İsrail və HƏMAS arasındakı münaqişə qlobal iqtisadiyyatı sarsıda bilər və hətta daha çox ölkə qoşularsa, tənəzzülə səbəb ola bilər”.

Jurnalistlər Yaxın Şərqin əsas enerji təchizatçısı və əsas daşıma marşrutu olduğunu qeyd ediblər. Bu səbəbdən regiondakı münaqişə “bütün dünyada qarışıqlığa səbəb ola bilər”.

Nəşr qeyd edib ki, dünya iqtisadiyyatı Ukrayna münaqişəsi ilə bağlı inflyasiya artımından hələ də çıxmayıb. Müəlliflər əmindirlər ki, neft hasil edən regionda müharibə yenidən inflyasiyanı sürətləndirəcək.


AzVision.az



Teqlər:





Xəbər lenti