Tehran İsrailə qarşı digər cəbhələrin açılmasını istisna etmir

   Tehran İsrailə qarşı digər cəbhələrin açılmasını istisna etmir
  14 Oktyabr 2023    Oxunub:984
İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Fələstinin müqavimət hərəkatına Tehranın siyasi və informasiya dəstəyini davam etdirdiyini söyləyib.
AzVision.az xəbər verir ki, Abdullahiyan İsrailə qarşı digər mübarizə cəbhələrinin açılmasının hələ də mümkün olduğunu bildirib.

“Davam edən təcavüzün və cinayətlərin (İsrailin fələstinlilərə qarşı törətdiyi-red.), habelə Qəzzanın blokadası fonunda digər cəbhələrin (yəhudi dövlətinə qarşı-red.) digər cəbhələrin açılması mümkündür. İslma ölkələri İsrailin törətdiyi cinayətlərlə barışmamalıdırlar. Mülki əhalinin sudan və elektirk enerisindən məhrum edilməsi, habelə Qəzzanın yaşayış rayonlarının fasiləsiz bombardman olunması hərbi cinayətdir”, - Livanın paytaxtı Beyruta gələn Abdullahiyan “Əl-Mayadeen” telekanalına deyib.

Ölkəsinin fələstinlilərin müqavimətinə siyasi və informasiya köməyi göstərdiyini vurğulayan İranın Xarici İşlər naziri, Fələstinin dəstəklənməsi üzrə Tehranla Ər-Riyad arsında ümumi strategiya çərçivəsində koordinasiyanın mövcud olduğunu açıqlayıb.

Abdullahiyan bu açıqlamaları maşınla Dəməşqə səfəri zamanı yolüstü dayandığı Beyrutda verib. O, Livanda “Hizbullah”ın lideri ilə də görüşüb.

Bundan əvvəl Bağdada səfərə gələn İranın Xarici İşlər naziri İraqın baş naziri Mühəmməd əs-Sudaninin də qəbulunda olub. Bu danışıqlarda tərəflər İsrailin Hərbi Hava qüvvələrinin zərbələrinin və Qəzza bölgəsinin müsahirəsinin aradan qaldırılmasını tələb ediblər.
AzVision.az


Teqlər: Abdullahiyan   İsrail  





Xəbər lenti