Yoav Qallant: HƏMAS-ın hücumu ideyası İrandan gəlib

      Yoav Qallant:    HƏMAS-ın hücumu ideyası İrandan gəlib
  14 Oktyabr 2023    Oxunub:1132
HƏMAS qruplaşması İranla “şər oxunun” bir hissəsidir və bu qrupun İsrail ərazisinə hücumu ideyası İrandan transformasiya olunub.
AzVision.az xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qallant amerikalı həmkarı Lloyd Ostinlə keçirdiyi birgə mətbuat konfransında HƏMAS-ın Qəzza zolağından hücumuna Tehranın razı olub-olmaması barədə sualı cavablandırarkən belə iddia irəli sürüb.

“Fərqi yoxdur, çünki bu, İranın ideyası idi. Biz vətəndaşlarımıza qarşı qətllərin, adam oğurluqlarının və digər ağır faciələrin şahidi olduq. HƏMAS-ın maliyyə resursları İrandan gəlir. İranın son əməliyyatlarda nə qədər iştirak etməsi bizim üçün önəmli deyil. Biz Həmasla İranın yaxın münasibətlərini həmişə izləmişik.Ağ ev və ABŞ Konqresi İsrailin fəaliyyət azadlığına zəmanət verir və bizim təhlükəsizlik dəstəyimiz var. Digər cəbhələrdəki düşmənlərimiz bu strateji ittifaq anlayışını çox yaxşı başa düşürlər”, - Qallant vurğulayıb.

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan isə, öz növbəsində, İraqa və Livana səfəri zamanı, habelə Livanda “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullahla görüşdən sonra Qəzzaya hücumların davam edəcəyi halda, İsrailə qarşı yeni cəbhələrin açılması ehtimalı olduğunu söyləyib.
AzVision.az


Teqlər: Qallant   İran  





Xəbər lenti