SAXAL: HƏMAS 120-dən çox dinc insanı əsir saxlayır

      SAXAL:    HƏMAS 120-dən çox dinc insanı əsir saxlayır
  14 Oktyabr 2023    Oxunub:1102
İsrailin müdafiə ordusu SAXAL “X” sosial şəbəkəsində Qəzza bölgəsində HƏMAS-ın hələ də 120-dən çox dinc sakini əsir saxladığını açıqlayıb.
AzVision.az xəbər verir ki, yayımlanan məlumatda terrorçu HƏMAS qrupu tərəfindən hələ də 120-dən çox dinc insanın Qəzza bölgəsində əsir saxladığının SAXAL tərəfindən təsdiqləndiyi bildirilir.

Bundan əvvəl “Takvim və The Times of Israel” qəzeti özünün hesablamalarına görə, HƏMAS-ın 150 adamı əsirlikdə saxladığını yazıb. Vizual görüntüləri təhlil edən “The Washington Post” qəzeti isə, Qəzza bölgəsindən ən azı 64 girovun çıxarıldığını bildirib.

Dünən HƏMAS-ın “İzz əd-Dina əl-Kassama” döyüşçü qanadı İsrailin Qəzza zonasına endirdiyi zərbələr nəticəsində xarici vətəndaşlar da daxil olmaqla bir sutka ərzində 13 girovun öldüyünü açıqlayıb. Onların verdiyi məlumata görə, 6 əsir Şimal vilayətində, daha 7 girov isə Qəzzada həlak olub. Ölən xaricilərin vətəndaşlığı dədiləşdirilmir.
AzVision.az


Teqlər: SAXAL   Həmas  





Xəbər lenti