İsrailin BMT-dəki səfiri İranı hərbi təhdid etməyə çağırıb

 İsrailin BMT-dəki səfiri İranı hərbi təhdid etməyə çağırıb
  14 Oktyabr 2023    Oxunub:1112
İsrailin BMT-dəki səfiri HƏMAS-a dəstəyi davam etdirməklə Tehranın terror qruplaşmalarına yardım göstərdiyini vurğulayaraq, bütün dünya ölkələrini İranı ciddi şəkildə hərbi təhdidlə hədələməyə çağırıb.
AzVision.az xəbər verir ki, İsrailin BMT-dəki səfiri Gilad Erdan “İran İnternational” nəşri ilə söhbətində məhz İranın HƏMAS-ı dəstəklədiyinin heç bir şübhə doğurmadığını bildirib.

“Bu gün İran rejimi İkinci Dünya müharibəsində Almaniyanın nasist rejiminə bənzəyir. Dünya anlamalıdır ki, onları ciddi şəkildə hərbi təhdid etmək lazımdır, çünki bu rejim bütün dünya üçün başlıca təhlükədir. Biz 100% əminik ki, İran İsrail ətrafında baş verən bütün terror aktlarında iştirak edir. İran Yaxın Şərqdə və dünyanın digər bölgələrindəki vasitəçi qüvvələrinə silahlı dəstək verir”, - diplomat deyib.

Gilad Erdanın sözlərinə görə, HƏMAS liderlərinin İranın göstərdiyi yardıma görə təşəkkür etmələri kifayətdir ki, İranın hər hansı konkret hücumda HƏMAS-ı dəstəklədiyini sübuta yetirəcək dəlillərə ehtiyac olmasın.
AzVision.az


Teqlər: İsrail   təhdid  





Xəbər lenti