İsrail ordusu 25 HƏMAS fəalını saxlayıb

İsrail ordusu 25 HƏMAS fəalını saxlayıb
  14 Oktyabr 2023    Oxunub:1364
İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 56 fələstinlini, o cümlədən Qəzza zolağında HƏMAS hərəkatının 25 fəalını saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbçilər qeyd ediblər ki, saxlanılanlar arasında Nablus şəhərindən olan iki əsas HƏMAS fəalı da var.

Mətbuat xidməti əlavə edib ki, reydlər zamanı hərbi qulluqçular tərəfindən xəsarət alanlar barədə məlumat daxil olmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti