Livan ərazisindən İsrailə hücumlar olub

Livan ərazisindən İsrailə hücumlar olub
  14 Oktyabr 2023    Oxunub:1117
Livan ərazisindən İsrailə hücumlar olub.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, İsraildəki Dov dağı istiqamətində zərbələr endirilib.

Təfərrüatlar hələ ki, məlum deyil.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti