İsrailin hava limanı normal rejimdə işləməyə davam edir

İsrailin hava limanı normal rejimdə işləməyə davam edir
  14 Oktyabr 2023    Oxunub:1053
İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Qeyd edilib ki, hazırda hava limanı kompleksi normal rejimdə işləyir.

Nəşrin məlumatına görə, cədvəl əlavə evakuasiya uçuşları nəzərə alınmaqla yenilənir.

Əksər xarici aviaşirkətlər təhlükəsizlik vəziyyəti ilə əlaqədar İsrailə uçuşların dayandırıldığını bəyan ediblər. Onlardan bəziləri isə təxliyə uçuşlarını həyata keçirməyə davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti