Keçmiş deputat: İrandan hər il 10 min tibb işçisi mühacirət edir

   Keçmiş deputat:    İrandan hər il 10 min tibb işçisi mühacirət edir
  14 Oktyabr 2023    Oxunub:1392
Hər il İranlı tibb işçilərindən (həkimlər, tibb bacıları, mamalar) 10 min nəfər mühacirətə gedir.
AzVision.az xəbər verir ki, İslam Şurasının keçmiş üzvü, həkim Əvəz Heydərpur “Xəbər Online” saytına müsahibəsində İranın səhiyyə sahəsinin belə açınacaqlı vəziyyətlə üzləşdiyini açıqlayıb.

Ən yaxşı tibb qüvvələrinin həkim dalğaları ilə ölkədən köç etdiyini deyən Heydərpur vurğulayıb ki, əgər səhiyyə naziri olsaydı və hər gün bu qədər həkim köçsəydi, istefa verərdi.

Bundan öncə, İranın səhiyyə nazirinin müşaviri “Gənclərə, əhaliyə və ailəyə dəstək” qanununa istinad edərək, ölkənin səhiyyə şəbəkəsinin 20 min mama çatışmazlığı ilə üzləşdiyini açıqlayıb.

İranın Tibb Sistemi təşkilatının sözçüsü Rza Laripur isə tibb icmasının mühacirətinin COVİD-19 pandemiyasından əvvəlki illərlə müqayisədə iki dəfə artdığını və ölkənin indi həkimləri 5 qitəyə “ixrac etdiyini” bildirib.

Tibb işçilərinin miqrasiya prosesinin artması mövcud vəziyyətdən narazılıq və ölkənin işlərinin nizamsız olması ilə bağlıdır. Son illərdə təhlükəsizlik və hərbi qurumlar müqavimət göstərmələri, etirazlarını ifadə etmələri və ya yaralı nümayişçilərə qarşı rəftarları səbəbindən həkimlərə qarşı təzyiqləri gücləndirib. Həkimlərin bəziləri isə hətta İranın güc strukturları tərəfindən öldürülüb.
AzVision.az


Teqlər: Heydərpur   İran  





Xəbər lenti