Tehran: İsraillə Səudiyyə münasibətlərinin normallaşması masada yoxdur

   Tehran:    İsraillə Səudiyyə münasibətlərinin normallaşması masada yoxdur
  14 Oktyabr 2023    Oxunub:879
İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması mövzusu “tamamilə” masadan kənardadır.
AzVision.az xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Livanın paytaxtı Beyrutda keçirdiyi mətbuat konfransında belə bəyanata səsləndirib.

Əmir Abdullahiyan Tehran və Ər-Riyadın “İsrailin Qəzza zolağında cinayətləri” ilə bağlı yekdil mövqeyinə işarə edərək, “regionun yeni şərtləri” səbəbindən İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin qurulmasının aktual olmadığını bildirib.

“Reuters” agentliyi, öz növbəsində, iki məlumatlı mənbəyə istinadən Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırmaq üçün danışıqları gecikdirdiyini yazıb. Bu mənbələrdən biri yalnız İsrailin fələstinlilərə güzəştə getməsinin prioritet olduğu zaman danışıqların davam edəcəyini deyib.

Həmçinin “Etemad Online” “Jerusalem Post”a istinadən Ər-Riyad ABŞ-nin Dövlət katibi Entoni Blinkeni Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşması ilə bağlı bütün danışıqları dayandıracağı barədə məlumatlandırdığını yazıb.
AzVision.az


Teqlər: İsrail   Səudiyyə  





Xəbər lenti