Fransada əlibıçaqlı adam mağazadakı insanlara hücum edib

Fransada əlibıçaqlı adam mağazadakı insanlara hücum edib
  14 Oktyabr 2023    Oxunub:1053
Fransanın Marsel şəhərinin şimal-şərqində yerləşən mağazaların birində naməlum şəxs bıçaqla müştərilərə hücum edib.
AzVision.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hücum nəticəsində azı üç nəfər yaralanıb.

İlkin məlumata görə, həmin şəxs satıcılardan biri ilə mübahisə edib, satıcı və digər iki alıcı onu sakitləşdirməyə çalışarkən bir neçə bıçaq zərbəsi endirib.

Hücum edən şəxs hadisə yerini tərk edib və polis axtarışa başlayıb.

AzVision.az



Teqlər: Fransa   İnsident  





Xəbər lenti