İsrail ordusu Qəzzada irimiqyaslı əməliyyatlar aparacaq

İsrail ordusu Qəzzada irimiqyaslı əməliyyatlar aparacaq
  14 Oktyabr 2023    Oxunub:1176
İsrail ordusu Qəzza zolağında Fələstinin "HAMAS" terror təşkilatına qarşı irimiqyaslı əməliyyatlara hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib.

“Hərbi əməliyyatlar geniş maddi-texniki təchizatla tamamlanır. Yüz minlərlə ehtiyatda olan hərbçi səfərbər edilib. Havadan, dənizdən və qurudan hərtərəfli və əlaqələndirilmiş hücumu əhatə edən geniş spektrli hücum əməliyyat planlarını həyata keçirmək planlaşdırılır”, - deyə mətbuat xidmətinin bəyanatında deyilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1300 nəfər ölüb, 3300 nəfər yaralanıb.

AzVision.az



Teqlər: İsrail   Qəzza  





Xəbər lenti