ABŞ Çinə qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Çinə qarşı yeni sanksiyalar hazırlayır
  14 Oktyabr 2023    Oxunub:1581
ABŞ Prezidenti Cozef Bayden administrasiyası Çinə satıla biləcək süni intellekt çipləri və avadanlıqlarına yeni nəzarət planı tətbiq etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çinə qarşı yeni məhdudiyyətlər gələn həftənin əvvəlində elan edilə bilər. Ağ Ev bununla Çinin süni intellekt sahəsində hərbi üstünlüyünün qarşısını almaq niyyətindədir.

Məhdudiyyətlər, həmçinin yarımkeçiricilərin istehsalı üçün istifadə olunan avadanlığın ixracına aiddir.

AzVision.az



Teqlər: ABŞ   Çin  





Xəbər lenti