Blinken və Səudiyyə XİN başçısı Fələstin-İsrail münaqişəsini müzakirə ediblər

Blinken və Səudiyyə XİN başçısı Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
  14 Oktyabr 2023    Oxunub:1323
ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan Əl-Səudla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Blinken "X" hesabında paylaşım edib.

Görüşdə HAMAS-ın İsrailə qarşı terror hücumlar və münaqişənin regionda yayılmasının qarşısını almağın vacibliyi vurğulanıb.

"Biz həmçinin Yəmən və Sudandakı münaqişələrə son qoymaq üçün işi davam etdirmək qərarına gəldik", - qeyd olunub.

AzVision.az



Teqlər: Blinken   Əl-Səud  





Xəbər lenti