Avropada Holokost təkrarlanır? Yəhudilərin evləri işarələnir - FOTO

     Avropada Holokost təkrarlanır?    Yəhudilərin evləri işarələnir -    FOTO
  16 Oktyabr 2023    Oxunub:1002
Avropada antisemitizm güclənir.
Belə ki, artıq Almaniyada yəhudilərin yaşadığı evlər artıq Davud Ulduzu ilə işarələnməyə başlanıb. Berlindəki ictimai fəallar bildirib ki, evlərin üzərindəki işarələr təkcə Almaniyada deyil, digər ölkələrdə də peyda olub.

Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı, 9 oktyabr 1941-ci ildən etibarən bütün yəhudilərin yaxşı görünən şəkildə Davud Ulduzu simvolunu üzərlərində daşımaları məcbur edilirdi. Almaniyada yaşayan yəhudilərin evlərinə "burda bir yəhudi yaşayır" deyə bir yazı, ya da Davud Ulduzu şəklini yapışdırırdılar.

Bu zamana qədər 65 yaşdan çox yaşlı yəhudilər də düşərgələrə aparılırdılar. 19 oktyabr 1941-ci ildən sonra bu mövzu haqqında xəbər yaymaq qadağan edildi. Almaniyadakı son yəhudilərə ət, buğda, süd, bal kimi qidalar verilməsi qadağan edildi. Daha sonra xəstə yəhudilərə dərman vermək belə qadağan edilir.





İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti