Türkiyə PUA-sının vurulması İsveçin NATO yolunu tam bağlaya bilər

   Türkiyə PUA-sının vurulması İsveçin NATO yolunu tam bağlaya bilər
  16 Oktyabr 2023    Oxunub:1025
Oktyabrın əvvəlində ABŞ hərbçilərinin Suriyada Türkiyə PUA-sının vurması ilə bağlı insidentdən sonra Türkiyə İsveçin NATO-ya üzv olmaq ərizəsinin ratifikasiyası məsələsində mövqeyinə yenidən baxa bilər.
Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Türkiyə prezidenti Tayyib Ərdoğan son günlər bu hadisəyə görə ABŞ-ı kifayət qədər kəskin tənqid edir. Nəticə etibarı ilə bu, İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olmaq ərizəsinə Türkiyə parlamentində baxılması proseduruna mənfi təsir göstərə bilər.

Qəzetin köşə yazarı Abdulkadir Selvi yazıb: “Əvvəllər hər şey parlamentin oktyabrda İsveçin müraciətini təsdiqləməsinin lehinə idi, lakin ABŞ bizim pilotsuz təyyarəmizi vurduqdan sonra Ərdoğan yeni qərar verə bilərdi”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti