Yaxın Şərq liderləri Fələstin-İsrail münaqişəsinə qarşı

   Yaxın Şərq liderləri Fələstin-İsrail münaqişəsinə qarşı
  16 Oktyabr 2023    Oxunub:1147
İsrail və bir sıra ərəb dövlətlərinin liderləri ötən həftə bu ölkələrə səfər edən ABŞ dövlət katibi Antoni Blinkeni əmin ediblər ki, onlar Fələstin-İsrail münaqişəsinin regiona daha da yayılmasını istəmirlər.
Blinken bu barədə X sosial şəbəkəsində məlumat verib. "Son bir neçə gün ərzində mən İsrail, İordaniya, Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və Misirə səfər etmişəm.

Bu tərəfdaşların hər birindən eşitdiklərim münaqişənin daha da genişlənməsinin qarşısının alınması, müdafiəsiz insanların həyatının qorunması və Qəzzada ehtiyacı olanlara yardımın göstərilməsi zərurəti ilə bağlı ümumi baxış idi”, - diplomat qeyd edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti