"Xokkeydən həzz alıram" - Putin

"Xokkeydən həzz alıram"    - Putin
  16 Oktyabr 2023    Oxunub:1003
"Hələ də xokkey oynamaqdan həzz alıram".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin China Media Corporation-a müsahibəsində deyib. Müsahibə Kremlin saytında dərc olunub.

Prezidentin sözlərinə görə, o, 10 il əvvəl konki sürməyə başlayıb. Buna qədər isə konki üzərində necə dayanacağını bilmirmiş. Rusiya prezidenti əlavə edib ki, konki ilə paralel olaraq xokkey oynamağı da öyrənib.

“İndi mən bu idmanla məmnuniyyətlə məşğul oluram. Bunlar komanda idman növüdür, həmişə maraqlı, emosional, həyəcanlıdır və cari işlərə həqiqətən ara vermək imkanı yaradır”, - Putin qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti