Netanyahu atəşkəslə bağlı məlumatı təkzib etdi

   Netanyahu atəşkəslə bağlı məlumatı təkzib etdi
  16 Oktyabr 2023    Oxunub:940
Daha əvvəl qeyri-rəsmi mənbələr tərəfindən elan edilən atəşkəs Qəzza zolağında qüvvədə deyil. Bu bəyanatla İsrailin baş naziri Binyamin Netanyahunun ofisi çıxış edib.
"Hazırda Qəzza zolağında əcnəbi vətəndaşların təxliyə imkanının təmin edilməsi müqabilində atəşkəs və ya humanitar atəşkəs yoxdur", - bəyanatda deyilir.

Qeyd edək ki, “Əl Ərəbiyyə” telekanalı Qəzza zolağının cənub bölgələrində beş saat davam edəcək atəşkəs rejiminin tətbiq edildiyini açıqlamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti